...

Milli Məclisin xüsusi iclası keçirilir

Siyasət Materials 14 İyun 2023 10:00 (UTC +04:00)
Milli Məclisin xüsusi iclası keçirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin xüsusi iclası işə başlayıb.

Trend-in məlumatına görə, iclas ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyinə həsr edilib.

Qeyd edək ki, 15 İyun əzəmətli tarixdir. 1993-cü ilin 15 iyun tarixi Milli Qurtuluş Günü - hər bir azərbaycanlının iftixarla xatırlayacağı, ölkəmizin parçalanma, yox olma təhlükəsindən xilas olduğu bir gündür. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Məhz bu tarixdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan xalqını üzləşdiyi tarixi bəladan xilas etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti