Bakı. Trend:
Biz sərhədimizdən bir quşun belə izinsiz uçmasına imkan verməməliyik. Bu gün sərhəddə baş verən bütün hadisələrin məsuliyyəti Ermənistan və onun havadarlarının üzərinə düşür.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
O qeyd edib ki, Ermənistanın layiqli cavabı verilməlidir.
“Azərbaycan əsgərinə güllə atan erməni dərhal məhv edilməidir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu hərəkətlərinə münasibət bildirməlidir”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistan silahli qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində sərhədçimizə atəş açması bu ölkənin beynəlxalq hüququn tələblərini kobudcasına pozmasını göstərir.
“Azərbaycan əsgərinə, dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə və bütün silahlı qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yerində məhv edilməlidir. Başqa heç cür həmin adamlarla danışmaq olmaz”, - deyə o əlavə edib.