...

Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşüb

Siyasət Materials 21 İyun 2023 19:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti