...

Azərbaycan cəmiyyətinə inteqrasiya Qarabağın erməni azlığının xilasıdır - Bakı yəhudiləri "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 18 İyul 2023 13:39 (UTC +04:00)
Azərbaycan cəmiyyətinə inteqrasiya Qarabağın erməni azlığının xilasıdır - Bakı yəhudiləri "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend çərşənbə axşamı xəbər verir ki, verilişin qonaqları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, “Şöhrət” və "Şərəf" dövlət ordeni kavaleri, Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski və Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev olub.

A.Şarovskinin dediyi kimi, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası zaman məsələsidir.

"Xaricdə Bakı erməniləri ilə rastlaşanda Bakıdakı o mühit üçün darıxdıqlarını deyirlər. Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir", - deyə o qeyd edib.

Ravvin Z.İsayev yəhudi icmasının Azərbaycanda yaşayış şəraitinin ölkədəki tolerantlığın parlaq nümunəsi olduğunu vurğulayıb.

"İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri birlik nümayiş etdirdilər", - o əlavə edib.

Z.İsayevin fikrincə, inteqrasiya Qarabağın erməni azlığının xilası, yalnız xəyal edə biləcəkləri gələcəyin yoludur.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti