...

Fransa Cənubi Qafqazda heç bir təsirə malik deyil - (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 9 Avqust 2023 17:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müstəmləkəçilik iddialarından əl çəkə bilməyən, bununla yanaşı tarix, dil, mədəniyyət baxımından heç bir bağlılığı olmayan bölgələrdəki, o cümlədən Cənubi Qafqazdakı proseslərə, dəfələrlə uğursuzluğa düçar olmasına baxmayaraq müdaxilələrini davam etdirən Fransa artıq Afrika qitəsindəki mövqelərini tamamilə itirmək təhlükəsi qarşısındadır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, vaxtilə Fransanın sabiq prezidenti Fransua Mitteran ölkəsinin Afrika qitəsində qarşılaşdığı problemlərdən narahatlığını ifadə edərək, “XXI əsrdə Afrikasız Fransanın tarixi olmayacağını” deyirdi.

"Və təbii ki, haqlı idi. Yüz illər boyu Afrikanın təbii sərvətlərini vəhşicəsinə talan etməklə, Afrika xalqlarını aclığa, səfalətə düçar etməklə, hələlik dünyanın 7-ci iqtisadiyyatına malik olan Fransanın mövcud potensialının təməlində Afrika ölkələrinin istismarı nəticəsində əldə olunan resurslar dayandığı üçün, Afrikasız Fransanın yeni tarixinin olmayacağı da obyektiv gerçəklikdir", - deyə o əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti