...

İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir - Ayxan Hacızadə

Siyasət Materials 14 Avqust 2023 23:34 (UTC +04:00)
İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir - Ayxan Hacızadə
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə öz X (Twitter) hesabında paylaşım edib.

“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - o qeyd edib.

Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.

İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti