Bakı. Trend:
Alman ordusunun və Saksoniya federal əyalətinin ravvini Jolt Balla Holokostun erməni təbliğatı ilə istifadəsinə qarşı kampaniyanı dəstəklədi.
Trend xəbər verir ki, bu barədə ravvinin feysbuk səhifəsində bildirib.
"Ravvin həmkarlarıma qoşuluram və fikirlərini bölüşürəm", deyə Jolt Balla yazıb.
Belə ki, o, dünyanın hər yerindən nüfuzlu ravvinlərin Azərbaycanı iblisləşdirməyə və erməni təbliğatının Holokost mövzusundan istifadə etməsinə qarşı apardığı kampaniyanı dəstəkləyib.
Leypsiqdə ravvin kimi xidmət edən macar əsilli Jolt Balla, iki il əvvəl Bundesverin yüz ildən çox müddətdə ilk hərbi ravvini olaraq Alman səlahiyyətliləri tərəfindən təyin edildi.
Qeyd edək ki, İsrail, Fransa və ABŞ-da yəhudi dini mediası müxtəlif ölkələrdən olan ravvinlərin Azərbaycan əleyhinə kampaniyaya qarşı çıxışını geniş şəkildə işıqlandırır.
Avqustun 27-dən bəri ondan çox böyük yəhudi dini nümayəndəsi açıq şəkildə Azərbaycanın şeytanlaşdırılmasına və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxış edib.