...

Mövqelərimiz atəşə tutuldu

Siyasət Materials 5 Sentyabr 2023 08:27 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti