...

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə müsbət cavab verib

Siyasət Materials 5 Sentyabr 2023 16:45 (UTC +04:00)
UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə müsbət cavab verib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş etmişdi.

İcmadan Trend-ə verilən məlumata görə, UNESCO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirmiş və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.

İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti