...

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Siyasət Materials 7 Sentyabr 2023 07:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti