...

Ermənistanın başlatdığı kampaniyanın məqsədi danışıqlarda irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmaqdır - Elçin Əmirbəyov (VİDEO)

Siyasət Materials 7 Sentyabr 2023 17:05 (UTC +04:00)
Ermənistanın başlatdığı kampaniyanın məqsədi danışıqlarda irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmaqdır - Elçin Əmirbəyov (VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Ermənistanın başlatdığı kampaniya danışıqlarda irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmaq məqsədi daşıyır.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu "Deutsche Welle"ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Ermənistanın Azərbaycanı qaralamaq və hər şeydə bizi günahlandırmaq, eləcə də "humanitar çətinliklər"i manipulyasiya etmək məqsədilə bütün dünyada başlatdığı kampaniya yerlərində status-kvonu möhkəmləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və sülh prosesini təhlükə altında qoymağa və danışıqlarda irəliləyişin olmamasına görə bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa yönəlmiş taktiki gedişdir. Halbuki Azərbaycan dəfələrlə öz xoş məramını və sülh prosesində irəliləyişin əldə olunmasına səmimi istəyini sübut edib, çünki sülh sazişi layihəsini, kommunikasiya xətlərinin yenilənməsini və dövlət sərhəddinin demilitasiyasını məhz biz təklif etmişik", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti