...

Paşinyan bu dəfə Qaribaşviliyə zəng etdi

Siyasət Materials 9 Sentyabr 2023 17:02 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-da bir neçə dövlət başçıları ilə əlaqə saxlayıb.

Trend xəbər verir ki, Paşinyan zəng etdiyi şəxslərlə Qarabağdakı vəziyyəti müzakirə edib.

Görünür, Paşinyan dayanmaq bilmir. Telefondan asılı qalan Ermənistan baş naziri panikaya düşərək zəng etdiyi şəxslərdən imdad diləyir. O, bununla yanaşı ardı-arası kəsilməyən təxribatlara da yol verir. Ancaq Azərbaycandan qorxub çəkindiyini də gizlədə bilmir. Çünki onun atdığı bu cür addımlar sözün əsl mənasında qorxusunun isbatıdır.

Bu da onun sübutudur ki, o, Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də telefon əlaqəsi saxlayıb.

İstisna deyil ki, Paşinyan bundan sonra da digər dövlətlərin başçılarına zəng edəcək. Bu, onun sonuncu zəngi deyil. O, hər zəngi ilə dövət başçılarından Azərbaycandan öz xahişlərini yerinə yetirməsini istəyəcək.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti