...

Azərbaycan Ermənistandan Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb - Hikmət Hacıyev

Siyasət Materials 9 Sentyabr 2023 21:24 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb.

Trend xəbər verir ki bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyevin bir qədər əvvəl dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıqla bağlı planlı təlimlər keçirir və bu, müntəzəm planlaşdırma prosesinin tərkib hissəsidir. Ermənistan isə sərhəddə qoşun cəmləşdirir və yeni silah sistemləri alır.

“Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı hücumu və ya təxribatları dayandırmaqdır", - deyə H.Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti