...

Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir

Siyasət Materials 14 Sentyabr 2023 15:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə. Trend:

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.

Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti