...

Azərbaycanın sülh yolunda təşəbbüslərini daim dəstəkləməyə davam edəcəyik - Türkiyənin vitse-prezidenti

Siyasət Materials 15 Sentyabr 2023 12:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sülh və firavanlıq yolunda təşəbbüslərini daim dəstəkləməyə davam edəcəyik.

Trend xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sosial şəbəkə hesabında qeyd edib.

"Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 105-ci ilini təbrik edirəm. Nuru Paşa və müzəffər ordusunun şəhidlərini hörmətlə anıram. Biz Türkiyə olaraq Azərbaycanın sülh və firavanlıq yolunda təşəbbüslərini daim dəstəkləməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 105 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti