...

Ermənistanın itkin düşən şəxslərlə bağlı məlumat verməməsi qəbuledilməz haldır - Rumıniyanın sabiq baş nazir müavini

Siyasət Materials 18 Sentyabr 2023 11:29 (UTC +04:00)
Ermənistanın itkin düşən şəxslərlə bağlı məlumat verməməsi qəbuledilməz haldır - Rumıniyanın sabiq baş nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşən şəxslər barədə məlumat verilməməsi yalnızca həmin itkin düşən şəxslərin ailələri üçün yox, bütün insanlıq üçün hörmətsizlik və qəbuledilməz haldır.

Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal deyib.

"Mən dəfələrlə Azərbaycanda, Bakıda, Şuşada dəfələrlə olmuşam. Sonuncu dəfə bir neçə ay öncə Şuşada olarkən orada aparılan bərpa-quruculuq işlərinin, sürətli inkişafın şahidi oldum. Birinci Qarabağ Müharibəsindən bəri Azərbaycanın 4000-ə yaxın itkin düşən vətəndaşı var və bu çox təəssüf edici haldır. İtkin düşən şəxslər barədə məlumat verilməməsi yalnızca həmin itkin düşən şəxslərin ailələri üçün yox, bütün insanlıq üçün hörmətsizlik və qəbuledilməz haldır. Bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bunları bir hüquqşünas kimi deyirəm. İnsanları itkin düşən şəxslərlə bağlı məlumatlardan məhrum etmək Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır", - deyə A.Birçal bildirib

O qeyd edib ki, Azərbaycan Ermənistanın hələ ki, itkin düşmüş şəxslərlə bağlı məlumatı verməməsindən əziyyət çəkir.

"Ermənistan birmənalı şəkildə itkin düşən şəxslərlə bağlı, onların məzar yerləri ilə bağlı məlumatları təqdim etməlidir. BMT və Beynəlxalq ictimaiyyət itkin düşən Azərbaycan vətəndaşlarla bağlı məlumatların təqdim edilməsinə çalışmalıdır. Bu siyasi məsələ deyil. Bu sadə insan haqq və hüquqlarıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti