...

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri beynəlxalq şərtlərə uyğundur - Hasan Ünal

Siyasət Materials 20 Sentyabr 2023 11:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri beynəlxalq şərtlərə uyğundur.

Bu barədə Trend-in suallarını cavablayarkən beynəlxalq münasibətlər üzrə ekspert, türkiyəli professor Hasan Ünal deyib.

O qeyd edib ki, Ermənistan Rusiya üçün bir yük olub və artıq heç bir dəyərə sahib deyil.

"Artıq başa düşürlər ki, Azərbaycanın üzərinə getmək, təhdid etmək bir işə yaramır. Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın Qarabağda başladığı lokal antiterror tədbiri beynəlxalq şərtlərə uyğundur. Bu tədbirlər çox düzgün zamanda həyata keçirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti