...

Qarabağdakı qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir - Elçin Əmirbəyov

Siyasət Materials 20 Sentyabr 2023 12:16 (UTC +04:00)
Qarabağdakı qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir - Elçin Əmirbəyov

Bakı. Trend:

Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib: “Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti