...

Azərbaycan ilə Türkiyə arasında körpü tikiləcək

Siyasət Materials 20 Sentyabr 2023 13:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək.

Trend xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 2024-cü ildə Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təklif hazırlayacaq.

Xəbər lenti

Xəbər lenti