...

Erməni separatçılar məğlubiyyətə məhkum idi - Elşad Həsənovla VİDEOMÜSAHİBƏ

Siyasət Materials 20 Sentyabr 2023 16:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda olan erməni separatçılar təslim oldular və danışıqlara razılaşdılar. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu gün Qarabağda yaranmış vəziyyətin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq davamlı şəkildə təxribatlara əl atdı, mina terrorunu davam etdirdi, öz qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmadı, əksinə ərazilərimizdə separatçılara dəstək verməklə yeni təxribatlar törətməkdə davam etdirdi. Nəticədə Azərbaycan antiterror tədbirləri keçirməyə başladı və separatçılar təslim oldular.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxmalı idi.

“Təəssüf ki, bu baş vermədi. Ermənistan qanunsuz silahlı dəstələri təchiz etdi. Azərbaycan dəfələrlə xəbərdar etdi ki, separatçılar silahı yerə qoysunlar, təslim olsunlar. Sadəcə seaparatçılar xarici havadarlarına arxalanaraq bizim çağırışlarımıza cavab vermədilər. Azərbaycan özü onlara layiqli cavab verməyə başladı və artıq onlar öz postlarını qoyub qaçıblar, təslim oldular”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti