Bakı. Trend:
Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələrinin olduğu ərazilər qara yara kimi ərazilərimizə hopub qalmışdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
"Ordumuz bu qara yaranı bu gün kəsib atdı. Dünəndən başlanan lokal antiterror tədbirləri ilə bir sutka ərzində Ermənistanın qeyri-qanuni silahlı birləşmələrini və separatçıların bütün döyüş nöqtələri məhv edildi. Çıxılmaz vəziyyətə düşən xunta rejimi Azərbaycanın bütün şərtlərini qəbul etdiyini bildirərək ağ bayraq qaldırdı"
Deputat qeyd edib ki, Azərbaycan yenidən silaha əl atmaq istəmirdi.
"Bütünün məsələlərin dialoq yolu ilə həll olunmasına çalışırdıq. Amma separatçılar qeyri-qanuni sliahlı birləşmələrə güvənərək Azərbaycana meydan oxumaq istədi. Təklif etdiyimiz dialoq və yardımları qəbul etmir və intensiv təxribatlara əl atırdı. Son mina təxribatı ilə separatçılar ordumuzu yenidən silaha əl atmağına məcbur etdi. Azərbaycan mülki insanları hədəf seçmədiyini bildirdi. Legitim hərbi hədəflər yüksək dəqiqlikli silahılarla məhv edərək lokal antiterror tədbirləri həyata keçirdi. Hətta Qarabağdakı mülki ermənilərə hərbiçilərdən uzaq dayanması ilə bağlı çağırışlar olundu. Antiterror tədbirlərin həyata keçirdiyi bir sutka ərzində ərazilərimzdəki qeyri-qanuni silahlıların və separatçıların bütün hərbi arsenalı məhv edildi. Çıxılmaz vəziyyətə düşən separatçılar silahı yerə qoyaraq sabah Yevlaxda dialoqa hazır oluduğunu bildirərək antiterror tədbirlərinin dayandırılması ilə bağlı xahiş etdilər. Azərbaycan ordusu çox yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycan həmişə olduğu kimi erməni icmasının xahişini nəzərə alaraq humanistlik nümayiş etdirdi və saat 13.00-dan başlayaraq hərbi tədbirlərin dayandırıldığını bəyan etdi."
A. Badamov bildirib ki, sabah Yevlaxada keçiriləcək dialoq görüşündə erməni icmasının nümayəndələri ilə qeyri-qanuni silahlıların ərazilərimizdən təcilli çıxarılması, reinteqrasiya proseslərinə başlanılması və Xankəndində Azərbaycanın konstitusiyon dövlət quruluşunun bərpa edilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.
"Azərbaycanın keçirdiyi antiterror tədbirləri humanistliyə görə dünyada nümunədir. Ordumuz lokal antiterror tədbirləri maksimum dərəcədə mülki insanlardan uzaq ərazilərdə apardı. Hətta seçilmiş legitim hədəfləri olan əraziyə mülki insanların gətirildiyi ehtimal olunanda zərəsizlədirmə əməliyyatı təxirə salındı. Azərbaycan Qarabağdakı erməni sakinlərini öz vətəndaşları hesab edir. Onların da ölkəmizin digər milli azlıqların nümayəndələri kimi bütün vətəndaşların malik olduqları hüquqları olacaqdır.
Azərbaycan lokal antiterror tədbirləri aparmaqla 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndini icra etdirmiş oldu. Ermənistanın icra etmək istəmədiyi öhdəlikıərini biz güc yolu ilə icra etdirməyinə məcbur oluruq. Ermənistan birdəfəlik bilməlidir ki, onların Azərbaycanla sülh müqaviləsi imzalayıb yaşamaqdan başqa yolu yoxdur", - deyə deputat qeyd edib.