...

Hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilmişdi - Hikmət Hacıyev

Siyasət Materials 20 Sentyabr 2023 17:38 (UTC +04:00)
Hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilmişdi - Hikmət Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mülki əhaliyə zərər gəlmədi, amma gələn məlumatlar təkrar yoxlanır, çox minimal zərərlər olmuş ola bilər.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, antiterror tədbirləri SMS vasitəsilə Qarabağ sakinlərinə xəbərdarlıq formasında göndərilmişdi:

“Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq idi. Görünən o oldu ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Biz isə mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirilmirdi”.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti