...

Antiterror tədbirlərinin mühüm nəticəsi: Ağdam-Xankəndi yolu tam işə düşdü

Siyasət Materials 24 Sentyabr 2023 11:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın həyata keçirdiyi 24 saatlıq unikal antiterror tədbirləri separatçıları ağ bayraq qaldıraraq, təslim olmağa məcbur etdi. Artıq onlar tərksilah edilir və Azərbaycan ərazilərini tərk edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu Azərbaycan dövlətinin qətiyyətinin, həyata keçirdiyi siyasətinin uğurunun nəticəsi idi: “Bu siyasət Azərbaycanın həm də sülhsevər ölkə kimi atdığı addımlara da bir daha işıq saldı. Bu addımlardan biri də Ağdam-Xankəndi yolunun tam şəkildə işlək vəziyyətə düşməsidir”.

Vüqar İskəndərovun sözlərinə görə, Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatları ilə ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğuna son qoydu və bütün suveren ərazisinə nəzarəti tam təmin etdi: “Qeyd edildiyi kimi, bu tədbirlər nəticəsində əldə edilən mühüm nəticələrdən biri də Ağdam-Xankəndi yolunun tam işə düşməsidir. Artıq Rusiya sülhməramlıların təchizatı da Azərbaycan ərazisi ilə - Ağdam-Xankəndi yolu ilə həyata keçirilir. Bir sözlə, undan başqa Ağdam-Xankəndi yolu artıq əsas funksional marşruta çevrilir. Çünki bu yoldan keçən yüklər təkcə sülhməramlılar üçün deyil. Buradan keçən yüklər həm də yerli əhali üçün humanitar yardımı əhatə edir”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti