...

Prezident İlham Əliyev: Beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik

Siyasət Materials 25 Sentyabr 2023 16:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik

Bakı. Trend:

Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyin tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti