...

Vaqif Sadıqov erməni ekstremist dəstələrinin Azərbaycan səfirliyinə hücum edəcəyini bildirib

Siyasət Materials 1 Oktyabr 2023 04:10 (UTC +04:00)
Vaqif Sadıqov erməni ekstremist dəstələrinin Azərbaycan səfirliyinə hücum edəcəyini bildirib

Bakı. Trend:

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını bildirib.

Trend xəbər verir ki, bu barədə diplomat "X"da paylaşım edib.

“Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik”, - Vaqif Sadıqov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti