Bakı. Trend:
Erməni yalanları ilə bağlı hər bir parlamentlərarası dostluq qruplarının üzvlərinə məktublar göndərilməlidir. Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda deyib.
O bildirib ki, bu həqiqətləri çatdırmaq lazımdır, xüsusilə də Avropa ölkələrinə.
“Hər birimiz - hər bir parlament üzvü - məktublar göndərməliyik. Tək qruplara yox, çalışmalıyıq ki, beynəlxalq mediaya çıxaq”, - deyə S.Qafarova əlavə edib.