...

Fransa regionda qeyri-sabitlik yaradaraq itirdiyi nüfuzu bərpa etməyə çalışır - ŞƏRH

Siyasət Materials 4 Oktyabr 2023 16:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın klassik xarici siyasəti ölkəsinin gücünü itirməsinin qarşısını almaq və beynəlxalq sistemdə təsirli bir dövlətə çevrilməsini təmin etmək üçün qurulub.

Bu barədə Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, son dövrlərdə həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyən “Fransa gücünü itirir” anlayışına məruz qalan Fransa, bu təsəvvürü düzəltmək və Fransanın dünyaya təsir edən böyük güc olduğunu göstərmək üçün xarici siyasətdə getdikcə aqressivləşir.

"Bu vəziyyət həm Fransanı qeyri-real siyasətə sürükləyir, həm də onun etibarlılığına ciddi şübhələr yaradır. Beləliklə, Fransa öz reputasiyasını bərpa etməyə çalışsa da, əslində getdikcə nüfuzdan düşür. Fransanın illərdir zülm, qırğın, soyqırım və iqtisadi istismara əsaslanan xarici siyasəti indi iflasa uğrayıb.

Nəticədə istismar etdiyi ölkələrdən bir-bir qovulan Fransa həm silah satmaqla, həm də özünə yeni təsir dairəsi yaratmaqla burada yaşadığı uğursuzluq ilə regional qeyri-sabitlik yaradaraq, itirdiyi nüfuzunu geri qaytarmağa çalışır. Türkiyənin Afrikada artan iqtisadi və siyasi təsirinin öhdəsindən gələ bilməyən Fransa Yunanıstanı təhrik edərək, onlara silah sataraq Türkiyədən qisas almağa çalışdı. Lakin burada istədiyi uğura nail ola bilməyəndə Azərbaycan-Türkiyə müttəfiqliyinin Cənubi Qafqazda uğur qazanmasının qarşısını almaq üçün Ermənistan kartını işə saldı.

Ermənistanın iqtisadi gücünün silah satışı ilə bağlı böyük maliyyə gözləntilərinin olmayacağını nəzərə alsaq, Fransanın regionda qeyri-sabitlik yaratmaqla siyasi təsir əldə etməyə çalışdığı güman edilir. Bölgənin və xüsusilə də Azərbaycanın geosiyasi gücünün fərqində olan Fransa regionda dominant gücə çevrilməklə daha çox qazanc əldə edəcəyini düşünür. Lakin regionda dəyişən reallıq fonunda Fransanın Cənubi Qafqaz regionunda təkcə erməni kartından istifadə etməklə nüfuz qazana bilməyəcəyi aydındır. Fransanın burada etməli olduğu odur ki, getdikcə regionda strateji gücə çevrilən Azərbaycanla əməkdaşlıq etsin", - deyə o, qeyd edib.

M.Yücenin sözlərinə görə, Fransanın Ermənistanı silahlandırmaq, onu yenidən təcavüzə və yeni hərbi avantüralara sürükləmək cəhdi təbii ki, qəbuledilməzdir.

"Bu səy bütün regionda, xüsusən də Ermənistanda sabitliyi pozmağa davam edəcək. Fransanın regiona əvvəlki müdaxilə cəhdləri kimi, bu cəhd də uğursuzluqla nəticələnəcək. Üstəlik, bu təşəbbüs Fransanın ATƏT-Minsk həmsədri kimi son 30 ildə qərəzsiz vasitəçilik iddiasının tamamilə əsassız olduğunu bir daha ortaya qoyur. Unutmaq olmaz ki, qarşılarında 30 il əvvəlki Azərbaycan yoxdur. Regionda iqtisadi cəhətdən güclü, enerji sahəsində Qərblə ortaq əməkdaşlığa malik, regional və qlobal miqyasda nüfuzu artan, Türkiyə ilə müttəfiq olan yeni Azərbaycan regionun aparıcı aktorudur. Bu səbəbdən gündən-günə güclənən və tarixinin ən ağrılı səhifəsini tarixi qələbə ilə bağlayan Azərbaycana qarşı çıxan heç bir güc regionda öz məqsədinə nail ola bilməyəcək", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti