...

İsrail-Fələstin münaqişəsinin həlli yolları düşünüldüyü kimi bəsit deyil - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 9 Oktyabr 2023 14:51 (UTC +04:00)

Bakı. Trend :

İsrail-Fələstin münaqişəsinin həlli yolları düşünüldüyü kimi bəsit deyil, çünki burada bir çox dövlətlərin maraqları var.

Trend xəbər verir ki, bu sözləri Xəzər TV-yə açıqlamasında Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Ekspert onu da vurğulayıb ki, hətta bu məsələ ilə bağlı Ərəb ölkələrinin ayrı-ayrı mövqeləri var.

“Belə ki, burada Birləşmiş Ərəb Əmirlikləri və Misirin ayrı, İordaniyanın ayrı, Səudiyyə Ərəbistanının, Əlcəzairin tamam fərqli mövqeləri var”, - deyə R.Hafizoğlu bildirib.

R.Hafizoğlu onu da vurğulayıb ki, HƏMAS-ın tərksilah edilməsi, liderlərinin sıradan çıxarılması təşkilatın məhvinə gətirib çıxarmayacaq.

“HƏMAS bu əməliyyatlara iki il öncədən hazırlaşdığını qeyd etdi və münaqişə tez bir zamanda həll olmayacaq ”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti