...

Yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib - PA rəhbəri

Siyasət Materials 14 Oktyabr 2023 11:55 (UTC +04:00)
Yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib - PA rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2003-2022-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı deyib.

“2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib, orta aylıq əmək haqqı 77,4 manatdan 839.4 manata yüksəlib”,- deyə S.Nuriyev bildirib.

Xəbər lenti

Xəbər lenti