Bakı. Trend:
Qərbin Azərbaycana qarşı mövqeyi dostcasına deyil. Buraya həm ABŞ-nin ikiüzlü siyasəti, həm də Fransa təhrikçi fəaliyyəti daxildir.
Bu barədə çərşənbə günü Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko
"ABŞ-də olduqca nüfuzlu və maliyyə resurslarına malik olan, strukturlaşdırılmış və ABŞ siyasətçilərinə, eləcə də Vaşinqtonda qəbul olunan qərarlara təsir etmək üçün çox böyük imkanlara malik erməni lobbisi fəaliyyət göstərir. Aydındır ki, ABŞ-də prezident seçkiləri öncəsi erməni lobbiçiləri həm Respublikaçılar, həm də Demokratlar partiyasından prezidentliyə potensial namizədlərlə olduqca sıx fəaliyyət göstərir", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, bu və ya digər ABŞ siyasətçilərinin, məsələn Ramasvaminin Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək sübut olaraq ermənilərin Gəncə və Bərdəyə hücum kadrlarını nümayiş etdirməsi bir daha onu sübut edir ki, erməni lobbiçilərindən heç kim obyektivlikdə, ələlxüsus həqiqətdə maraqlı deyil.
"Qərb Azərbaycanı və Azərbaycan xalqını qaralamaq üçün ən rəzil təxribatlardan istifadə edir. Əslində Ermənistan işğalçı və təcavüzkar olduğu halda, Azərbaycana tonlarla neqativ yüklənilməsinə və ABŞ sakinlərinə Cənubi Qafqazda baş verənlərin əsas təqsirkarının Azərbaycan olduğu fikrinin aşılanmasına haqq qazandırılır. Fikrimcə, Ermənistana, erməni hərbi cinayətkarlarına, erməni işğalı faktlarına, 44 günlük müharibə müddətində Azərbaycanın dinc şəhərlərinə kütləvi raket zərbələrinə haqq qazandırmağa bu cinayətlərə susmaq və ya onları unutmaq kömək etməyəcək", - deyə Korotçenko əlavə edib.
Onun sözlərinə görə, Qərbin Azərbaycana qarşı mövqeyi dostcasına deyil.
"Buraya həm ABŞ-nin ikiüzlü siyasəti, həm açıq şəkildə erməniləri dəstəkləyən və Cənubi Qafqazda həqiqətdə baş verənlərin aşkara çıxmasını istəməyən Aİ-nin, Avropa Parlamentinin təxribatçı qətnamələri və qərarları da daxildir. Əlbəttə ki, buraya həm də Fransa tərəfindən xüsusi təhrikçi fəaliyyəti daxildir. Bu ölkə müstəmləkəçilik dövründə dəhşətli cinayətləri, Əlcəzair xalqının soyqırımı, əvvəlki dövrlərdə Fransa işğalçılarının əsarəti altında olan bir sıra Cənub-Şərqi Asiya ölkələrinin onlarla dinc sakini məhv etməsi ilə tanınıb. Nəhayət, Fransa təkcə Şimali deyil, həm də tropik Afrikada cinayətlər törədib. Bütün bu faktlar bir daha beynəlxalq münasibətlərin müasir sisteminin ikiüzlülüyünü göstərir. Bu səbəbdən doğruluğun, tarixi həqiqətin müdafiəsi xarici hücumlardan qorunmaq istəyən hər bir dövlətin əsas vəzifəsidir", - deyə o, sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)