...

Qırğızıstan TDT-nin növbəti Zirvə Toplantısına ev sahibliyi etməyə hazırdır - Qırğızıstan prezidenti

Siyasət Materials 3 Noyabr 2023 10:55 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Qırğızıstan TDT-nin növbəti Zirvə Toplantısına ev sahibliyi etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Qırğızıstanın Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Təşkilatın etibarlı inkişafına, türk dövlətləri arasında konstruktiv və məhsuldar əməkdaşlığa, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək etməyə daima hazırıq", - o deyib.

Japarov Qırğızıstan tərəfinin Özbəkistanın Təşkilata sədrliyinin nəticələrini yüksək qiymətləndirdiyini qeyd edərək, ölkənin yüksək məzmunlu səviyyədə bir sıra tədbirlər təşkil etdiyini, TDT-nin gündəliyini fəal şəkildə təşviq etdiyini və Təşkilat çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafını təmin etdiyini bildirib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti