...

Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə gedib

Siyasət Materials 7 Noyabr 2023 12:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə XİN-dən Trend-ə bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti