...

Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçilib

Siyasət Materials 8 Noyabr 2023 06:04 (UTC +04:00)
Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçilib

Bakı. Trend:

UNESCO-nun Baş Konfransının 42-ci sessiyası işə başlayıb.

Trend xəbər verir ki, sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.

Sessiya çərçivəsində Baş Konfransın gündəliyi qəbul ediləcək. Qurumun 2018-2021-ci illər üzrə fəaliyyətinə dair Baş direktorun hesabatı, eləcə də İcraiyyə Şurasının fəaliyyəti və proqramının icrasına dair hesabatı dinləniləcək.

42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.

Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti