...

Fransanın məqsədi regionumuzda gərginlik yaratmaqdır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 13 Noyabr 2023 21:12 (UTC +04:00)
Fransanın məqsədi regionumuzda gərginlik yaratmaqdır (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın məqsədi regionumuzda gərginlik yaratmaqdır.

Bu barədə Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Fransa istəyir ki, silah sarıdan qüvvələr balansı bərabərləşsin.

"Bu istiqamətdə Fransa əlindən gələni edir. Ermənilərə etdiyi siyasi dəstək artıq hərbi sahədə hərbi yardımı da özündə ehtiva edir. Burada çox paradoksal mənzərə yaranır. Belə ki, Fransa Azərbaycan və Ermənistan arasındakı sülh və dövlətlərarası münasibətlərin nizamlanması istiqamətində neytral vasitəçi kimi özünü göstərməyə çalışır.

Lakin bunlarla yanaşı Fransanın Ermənistan üçün nəzərdə tutulan hərbi texnikasının Gürcüstan ərazisindən keçərək onları silahlandırması riyakarlıqdır", - deyə o, əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti