Bakı. Trend:
Pensiya, müavinət və digər ödəniş alanlar üçün yeni “Sosial tərəfdaş” layihəsi həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “Sosial tərəfdaş” adlanan yeni layihənin təqdimatı zaman deyib.
O qeyd edib ki, DSMF-dən pensiya və digər ödəniş alanlar üçün
nağdsız alış-verişdə
tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq
olunacaq:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yeni layihəyə başlayıb.
Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir.
Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq”, - deyə o qeyd edib.