...

Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək - XİN

Siyasət Materials 21 Noyabr 2023 02:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 21-də Moskvada Türkiyə və Rusiya nümayəndə heyətləri arasnda siyasi məsləhətləşmələr keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, nümayəndə heyətlərinə Türkiyə tərəfindən xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiya tərəfindən isə xarici işlər nazirlərinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko başçılıq edəcəklər.

Bildirilib ki, məsləhətləşmələr zamanı Türkiyə ilə Rusiya Federasiyası arasında ikitərəfli və regional məsələlər müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti