...

Deputat ABŞ-nin fəxri vətəndaşlığından imtina etdi

Siyasət Materials 21 Noyabr 2023 12:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ Azərbaycana qarşı qərəzli mövqeyi səbəbindən ABŞ-ın fəxri vətəndaşlığından imtina edib.

Trend xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının ermənilərin müdafiə aktını pisləyib və bunu ikili standartaların nümunəsi adlandırıb.

"90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Bu gün onların hər ikisindən imtina edirəm", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti