...

Fəaliyyətin bütün sahələrində peşəkarlıq nəticənin əldə olunmasının önəmli məqamlarından biridir - Əli Əhmədov

Siyasət Materials 25 Noyabr 2023 12:12 (UTC +04:00)
Fəaliyyətin bütün sahələrində peşəkarlıq nəticənin əldə olunmasının önəmli məqamlarından biridir - Əli Əhmədov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin bir insanda önəm verdiyi keyfiyyətlərdən biri də peşəkarlıq idi. Ümumiyyətlə dövlət idarəçiliyinin ən mühüm cəhətlərindən biri bu idarəçilik sisteminə cəlb olunan insanların peşəkarlığının təmin olunmasıdır. Fəaliyyətin bütün sahələrində peşəkarlıq nəticənin əldə olunmasının önəmli məqamlarından biridir. Təbiidir ki, dövlət idarələrində çalışanların peşəkarlığı birincisi dövlətin öz qarşısına qoyduğu məqsədlərə çatmasının ən uğurlu yollarından biridir. İkincisi isə insanların dövlətdən gözlədiklərinə qovuşmasının ən vacib şərtlərindən biri sayıla bilər.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonunun açılış mərasimində deyib.

“Bu mənada hesab edirəm ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsində belə bir peşəkar idarəetmə tədbirinin təşkil olunması və təlimlərin keçirilməsi həm Azərbaycan dövlətində çalışan insanların peşəkarlığının artırılmasına xidmət göstərir, həm də bu istiqamətdə bir çağırış kimi qiymətləndirilə bilər”, - deyə Ə.Əhmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti