Bakı. Trend:
"VMedia" "Youtube" kanalında politoloq Fuad Axundov ermənilərə onların absurd fikirləri barəsində sadə və məntiqli sual verib.
Trend xəbər verir ki, politoloq bu fikrin ermənilərin özləri üçün məhvedici olduğunu bildirib.
"Bu gündən, 21 əsrdən baxaraq əlinizi vicdanınıza qoyub deyin, bu gün Yerablur hərbi məzarlığında əsgərlərinizin məzarlarına, regionumuzun hansı vəziyyətə düşdüyünə, Ermənistanın nə vəziyyətə düşdüyünə baxarkən yenə də "Böyük məqsəd uğrunda qoy qanımız tökülsün" şüarını düzgün hesab edirsinizmi?..", - o deyib.
F.Axundov bütün dünyanın Azərbaycanın iqtisadi inkişafından, ölkənin necə çiçəkləndiyindən danışdığını vurğulayıb.
"Azərbaycanın ərazisinin 20 faizi investisiyalardan kənarda qalmışdı, bu ərazilərdə erməni qoşunları var idi və Qarabağ torpağının yüksəlişi üçün bir manat belə buraxmırdı. Bu gün əminəm, siz deyirsiniz ki, buna dəyməzdi", - deyə politoloq əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)