Bakı. Trend:
Gənclərin üzərinə Qərbi Azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq kimi böyük tarixi məsuliyyət düşür.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün komitənin təşkil etdiyi “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmədə deyib.
"Unutmamalısınız ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi.
Lakin qazandığımız qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir.
İndi isə hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz”, - deyə o əlavə edib.