...

Azərbaycan əməldə etibarlı tərəfdaşdır - Aİ

Siyasət Materials 10 Dekabr 2023 15:31 (UTC +04:00)
Azərbaycan əməldə etibarlı tərəfdaşdır - Aİ
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Azərbaycan əməldə etibarlı tərəfdaşdır. Biz Azərbaycandan qaz nəqlini intensivləşdiririk.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Serbiyadakı səfiri Emanuele Cofre Niş şəhərində (Serbiya) Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mərasimindən sonra jurnalistlərə bildirib.

"Bu gün biz Serbiya-Bolqarıstan İnterkonnektorunun işə salınmasını qeyd edirik. Biz şadıq ki, Serbiyanın Azərbaycan qazına çıxışı olacaq. Bu, Serbiya iqtisadiyyatının inkişafına töhfə verəcək", - deyə o qeyd edib.

Səfir vurğulayıb ki, bu layihə təkcə Serbiya üçün deyil, həm də Aİ üçün strateji təşəbbüsdür:

"Bu, Rusiya qazından asılılığın azaldığı üçün mühüm reallıqlar yaradır. İndi real alternativ var - Azərbaycandan olan qazdır. Beləliklə, Serbiya daha çox qaz mənbələrinə arxalana bilər. Alternativ enerji mənbələrindən istifadə Avropanı daha güclü edir. Biz son iki il ərzində bunun üzərində işləyirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır".

Xatırladaq ki, bu gün Serbiyanın Niş şəhərində Azərbaycan təbii qazına çıxışı təmin edəcək Serbiya-Bolqarıstan İnterkonnektorunun açılış mərasimi keçirilib.

Qeyd edək ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək. Serbiya Respublikası hazırlıq və layihələndirilmə işləri üçün 15 milyon avro və 7,5 milyon avro ayırıb.

Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti