...

Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketində bəlli irəliləyiş var - Ceyhun Bayramov

Siyasət Materials 14 Dekabr 2023 15:36 (UTC +04:00)
Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketində bəlli irəliləyiş var - Ceyhun Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirnin ofisi tərəfindən verilən birgə bəyanat etimad mövcudluğu istiqamətində ciddi naliyyətdir.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, sərhədlərin delimitasiyasının müzakirəsi, əsirlərin dəyişdirilməsi də bu istiqamətdə atılan vacib addımlardır.

"Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur. Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada mən hər hansı bir vaxt səsləndirmək istəməzdim. Hesab edirik ki, bu addımlarla biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır, biz dəfələrlə bəyan etmişik. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti