...

Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm - Si Cinpin

Siyasət Materials 22 Dekabr 2023 10:56 (UTC +04:00)

Bakı. Trend:

Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.

O qeyd edib ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır: "Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti