...

Füzulidə seçki prosesi davam edir (FOTO)

Siyasət Materials 7 Fevral 2024 11:58 (UTC +04:00)
Füzulidə seçki prosesi davam edir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli şəhərində 527 ailə olmaqla 1969 nəfərin daimi məskunlaşması təmin edilib.​ Həmin sakinlərdən səs vermə hüququna malik olan 1292 nəfər doğma yurdunda ilk dəfə olaraq səsvermədə iştirak edirlər.

Trend-in bölgə müxbiri xəbər verir ki, Füzuli şəhərində də Növbədənkənar Prezident seçkilərinə sakinlər və həmin ərazidə çalışan işçilər yüksək əhval ruhiyədə keçir.

İşğaldan azad olunan Füzuli şəhərində səsvermə prossesi 3 seçki məntəsində davam edir. 84 Saylı Füzuli Seçki Dairəsinin sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75 Saylı Seçki Məntəqəsi, 76 Saylı Seçki məntəqəsi və 77 Saylı Seçki məntəsində səsvermədə iştirak edə biləcək.​ 77 Saylı Seçki məntəqəsində qeydə alınan 1292​ nəfər​ Füzuli şəhər sakinləridir. 75 Saylı Seçki məntəqəsində 1351 nəfər, 76 Saylı Seçki Məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır. Dairə üzrə seçki prossesini izləyəcək 1020 nəfər müşahidəçi qeydə alınıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti