Bakı. Trend:
Prezident İlham Əliyev bir çox təhlükəli vəziyyətlərdə xalqa sadiq qalıb və ölkənin mənafeyini qoruyub.
Trend-in xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko özünün Telegram kanalında yazıb.
“Prezident İlham Əliyevin qələbəsi lap əvvəldən xalqın iradəsi ilə müəyyən edilib, o, bir çox təhlükəli vəziyyətlərdə xalqa sadiq olub, ölkənin mənafeyini qoruyub.
Azərbaycanın dostları, dövlət başçıları Prezident İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik edirlər. Biz də buna sevinirik. Prezident İlham Əliyev həm də Rusiya dövlətinin dostudur. Hər iki ölkə siyasi və iqtisadi baxımdan tərəfdaş olmaqda davam edəcək”, - nəşr yazır.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.