...

Ermənistanın təxribatları sülhə zərbədir - ŞƏRH

Siyasət Materials 15 Fevral 2024 11:35 (UTC +04:00)
Ermənistanın təxribatları sülhə zərbədir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz geosiyasi mübarizə meydanına çevrilməkdədir.

Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması heç də hər kəsin maraqlarına uyğun deyil.

"Qərbin və qonşu ölkələrin öz maraqları var. Vəziyyətin dondurulmuş halda qalması onların maraqlarına cavab verir. Lakin biz deyə bilmərik ki, bölgəni müharibə meydanına çevrilməsi hal-hazırda həmin qüvvəllərin marağındadır. Onlar bilirlər ki, müharibə başlayarsa Ermənistanın dövlətçiliyi sual altında qalacaq. Buna görə də onlar sərhədyanı bölgələrdə təxribata çəkmək vasitəsindən istifadə edirlər. Əlbəttə ki, ilk məsuliyyət Ermənistanın üzərinə düşür. Çünki Nikol Paşinyan Ermənistan ordusunun baş komandanıdır. Əgər onun ordusunun hansısa üzvü Azərbaycan Ordusuna atəş açırsa, bunun məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Bu təxribatlar sülhə aparmır. Ermənistan Fransa və Hindistandan hücum xarakterli silahları alır və ordusunu gücləndirməkdə davam edir. Ermənistan sülh müqaviləsi imzalamaq niyyətində deyil. Onların havadarları da sülh müqaviləsinin imzalanmasına Ermənistana icazə verməyəcəklər. Lakin bu Ermənistan dövlətinin dövlətçiliyini sual altında qoyacaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət maraqlarında heç kimə güzəştə getməyəcəyik. Bu prinsipial siyasətin bir nümunəsidir", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti