Bakı. Trend:
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Trend-in məlumatına görə, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.