Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə
iclasında iştirak və çıxış edəcək.
