...

Makron kimi qeyri-ciddi reputasiyaya malik rəhbərlər ölkələrini çətin duruma salırlar - RƏY

Siyasət Materials 6 Mart 2024 12:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünya düzənində bir-birindən maraqlı və gərgin proseslər baş verir. Bu proseslərdən itkisiz çıxmaq isə dövlət rəhbərlərinin əsas vəzifələrindən biridir. Təbii ki, ağıllı, ciddi və stragiyaya, uzunmüddətli proqramlara malik ölkələrin rəhbərləri bu baxımdan müsbət mənada fərqlənirlər. Lakin Emmanuel Makron kimi siyasi oyunbazlıq edən, qeyri-ciddi reputasiyaya malik rəhbərlər də var ki, onlar da ölkələrini çətin duruma salırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Fransa prezidenti E.Makronun Rusiya və NATO mövzusundakı son açıqlamaları təkcə onun özünü deyil, ölkəsini də gülünc vəziyyətə salıb.

“E.Makronun əvvəlcə NATO-nu Rusiya ilə qarşıdurmaya təhrik etməyə çalışması, sonra isə bu fikrini elə-belə dediyini bildirməsi onun nə dərəcədə qeyri-ciddi və məsuliyyəstsiz siyasətçi olduğunu aydın göstərir. Bu, Makronun dünya siyasətindən, qüvvələr nisbətindən məlumatlı olmadığını ortaya qoyur. Bu, həm də Fransa prezidentinin müharibə hərisliyindən irəli gəlir”, - deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, E.Makron fikrini bildirərkən başa düşməli idi ki, bu, NATO ölkələrinin, o cümlədən, Fransanın ərazisini Rusiya üçün açıq hədəf halına gətirir:

“O, bunu ya düşünməyib, ya da daxilindəki hərislik onu bu cür məsuliyyətsiz fikir söyləməyə vadar edib. İstənilən halda E.Makron faktiki olaraq nüvə silahının istifadəsini də nəzərdə tutan üçüncü dünya müharibəsi üçün təhrikçi mövqe nümayiş etdirib”, - deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti