...

Yunanıstan Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 12 Mart 2024 17:17 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Sizi əmin edirəm ki, Yunanıstan xalqlarımızın mənafeyi, eləcə də daha geniş regionda sabitlik naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istəyir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz".

Xəbər lenti

Xəbər lenti